Kəsmik (Yağsız)
Açıqlama
Tərkibi: yağsızlaşdırılmış pasterizə edilmiş təbii inək südü, maya. Saxlama müddəti: t 6±2 °C – də 7 gün.
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış süd məhsuludur. Tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium olan kəsmik “dənəcikləri” orqanizmdə asanlıqla sovrulur. Bu məhsul orqanizmdə xolesterolun səviyyəsini azaldır, qaraciyərdə yağlanmanın qarşısını alır. Kəsmik orqanizmin toxumalarının böyüməsi və bərpası, eləcə də sinir sistemi, ürək və qan dövranı üçün xeyirli olub, qaraciyər xəstəlikləri, ateroskleroz və hipertoniya müalicəsi zamanı olan pəhriz siyahısına daxil edilir.
“Nehrə” firması olaraq əsas məqsədimiz kəndlə şəhər arasında “sağlam qida körpüsü”-nü yaradaraq şəhərdə yaşayan insanlara kənd ləzzətini daşımaqdır. “Nehrə” Azərbaycan bazarında yalnız keyfiyyətli və 100% təbii, yerli məhsulları təqdim edən eko – brenddir. İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən, süni əlavələrdən istifadə olunmur. Sizin sağlamlğınız bizim məqsədimizdir!
Əlavə məlumat
| Seçimlər | 1 kq., 500 qr. |
|---|




